“SİMA İmza” istifadəçilərə yeni rəqəmsal imkanlar təqdim etməyə hazırlaşır

“SİMA İmza” istifadəçilərə yeni rəqəmsal imkanlar

III rüb üzrə hesabatlılıq dövrü yaxınlaşdıqca vergi ödəyiciləri üçün bəyannamələrin elektron qaydada təqdim edilməsi xüsusi əhəmiyyət daşıyır. “SİMA İmza” rəqəmsal imza həlli vergi ödəyicilərinə hesabatlarını məkan və vaxt məhdudiyyəti olmadan, tam rəqəmsal mühitdə təqdim etmək imkanı yaradır.

Fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən milyonlarla rəqəmsal əməliyyatın həyata keçirildiyi “SİMA İmza” vergi portalında mövcud xidmətlərə, eləcə də ölkənin aparıcı bank sistemlərinə çıxış təmin edir. Şirkətdən bildirilib ki, xidmətin əhatə dairəsinin genişləndirilməsi məqsədilə yeni qurumlarla inteqrasiya işləri də davam etdirilir və yaxın zamanda istifadəçilər üçün əlavə rəqəmsal imkanların təqdim olunması planlaşdırılır.

Oktyabr ayı ərzində “SİMA İmza” istifadəçiləri ƏDV, gəlir, mənfəət, sadələşdirilmiş və vahid bəyannamə daxil olmaqla əsas vergi hesabatlarını rəqəmsal mühitdə təqdim edə bilərlər. Bu imkan vergi ödəyicilərinə hesabatların hazırlanması və göndərilməsi prosesini daha operativ şəkildə həyata keçirməyə şərait yaradır.

Bundan əlavə, “6AYPULSUZ” promokodu ilə tətbiq üzərindən biznes imzasını ilk 6 ay ərzində ödənişsiz əldə etmək mümkündür. Kampaniyanın müddəti başa çatdıqdan sonra abunəlik aylıq 2,40 AZN, illik 25 AZN və ya üçillik 55 AZN tariflərlə təqdim olunur. Şirkətin məlumatına görə, bu tariflərdən əlavə hər hansı gizli və əlavə ödəniş nəzərdə tutulmayıb.

Vergi ödəyicilərinə hesabatlarını son günə saxlamadan “SİMA İmza” mobil tətbiqindən istifadə etməklə biznes imzasını əldə etmək və bəyannamələrini elektron qaydada təqdim etmək tövsiyə olunur.

“SİMA İmza” haqqında

“SİMA” yeni nəsil rəqəmsal imza “AZCON Holding” şirkətlər qrupuna daxil olan “AzInTelecom” MMC tərəfindən 2022-ci ildə yaradılıb. “SİMA İmza” müxtəlif dövlət və özəl xidmətlərdən təhlükəsiz və operativ şəkildə istifadə etməyə imkan verən rəqəmsal imza həllidir.

Şirkətin məlumatına əsasən, biznes imzasının əldə edilməsi zamanı abunə haqqından başqa əlavə və gizli xərc tutulmur.