2026-cı ilin səhiyyə göstəricilərinə dair beynəlxalq qiymətləndirmə göstərir ki, dünyada səhiyyə sistemlərinin keyfiyyəti yalnız xərclənən pulla deyil, daha çox səmərəlilik və əlçatanlıqla ölçülür.
Numbeo Health Care Index əsasında hazırlanan reytinqə görə, bəzi ölkələr daha az xərclə daha yüksək nəticə əldə edir, digərləri isə yüksək büdcəyə baxmayaraq aşağı nəticə göstərir.
Reytinqin liderləri əsasən Asiya və Avropa ölkələridir:
- Tayvan (Çin) – 87.1 bal
- Cənubi Koreya – 82.9
- Niderland – 81.5
- Yaponiya – 80.1
- Avstriya – 78.9
- Ekvador – 77.7
- Finlandiya – 77.6
- Tailand – 77.5
- Danimarka – 77.2
- İspaniya – 77.2
Reytinqin sonlarında müharibə, iqtisadi böhran və infrastruktur problemləri olan ölkələr yer alır. Siyahıda Suriya, Venesuela, Banqladeş və İraq kimi ölkələr aşağı göstəricilər ilə fərqlənir.
Son yerlərdən biri də Azərbaycandır və səhiyyə indeksində təxminən 49 bal ilə orta-aşağı səviyyədə qiymətləndirilir.
Ən diqqət çəkən məqam ABŞ-la bağlıdır. Dünyada səhiyyəyə ən çox vəsait xərcləyən ölkə olmasına baxmayaraq, sistemin səmərəliliyi və əlçatanlığı aşağı qiymətləndirilir. Bunun əsas səbəbləri kimi:
- yüksək müalicə xərcləri
- sığorta sisteminin mürəkkəbliyi
- dərman qiymətlərinin baha olması
- qeyri-bərabər xidmət əlçatanlığı göstərilir.
MONETAR.AZ