Azərbaycanda 78,9 min aztəminatlı ailə dövlət tərəfindən ünvanlı sosial yardım alır.
Monetar.az xəbər verir ki, 2026-cı il oktyabrın 1-nə olan məlumata görə, bu yardımlardan ümumilikdə 349,3 min ailə üzvü yararlanıb.
Bir nəfərə düşən orta aylıq sosial yardım məbləği 99 manat təşkil edib. Beləliklə, yardım alan bir ailənin üzvlərinin sayından asılı olaraq aldığı vəsait dəyişir.
Bununla yanaşı, 2026-cı ilin ilk 9 ayında 24,9 min ailəyə 25,7 min uşağın anadan olmasına görə birdəfəlik müavinət verilib.
Həmin dövrdə radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçün, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 6,2 min nəfərə isə birdəfəlik müavinət ödənilib.
Məlumata görə, müxtəlif kateqoriyalardan olan 407,6 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunub.