"Zəruri təlimlərin təşkil edilməsi” mövzusunda təlim keçirilib

"Zəruri təlimlərin təşkil edilməsi” mövzusunda

16 noyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin böyük məsləhətçisi Miranə Rüstəmli Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün təlim təşkil edib.

“Qurumda təlim ehtiyaclarının müəyyən edilməsi və zəruri təlimlərin təşkil edilməsi” mövzusuna həsr olunan tədbirdə iştirakçılara təlim ehtiyaclarının düzgün müəyyənləşdirilməsinin əhəmiyyəti, kadr potensialının qiymətləndirilməsi üsulları və təlim strategiyasının hazırlanması barədə ətraflı məlumat verilib.

Təlim çərçivəsində əməkdaşların mövcud ehtiyaclarına uyğun proqramlara yönləndirilməsinin iş səmərəliliyinə təsiri, təlim prosesinin təşkili və nəticələrin qiymətləndirilməsi metodları da müzakirə olunub. Həmçinin təlimlərin effektivliyinin artırılması üçün görülməli tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.