2025-ci ildə Azərbaycanda ev təsərrüfatlarında hər 1000 nəfərə 175,2 kompüter düşüb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu kompüterlərin 34,1-i stolüstü, 75,4-ü portativ kompüter, 65,7-si isə planşet və digər oxşar cihazlardan ibarət olub.
Şəhər yerlərində hər 1000 nəfərə 189,7 kompüter düşüb. Kənd yerlərində isə bu göstərici 157,9 olub.
İqtisadi rayonlar arasında ən yüksək göstərici Bakı şəhərində qeydə alınıb. Burada hər 1000 nəfərə 316,9 kompüter düşüb.
Naxçıvanda bu göstərici 226,0, Abşeron-Xızı iqtisadi rayonunda isə 216,1 olub.
Ən aşağı göstəricilər Qarabağda 96,9, Mil-Muğanda 108,3 və Şəki-Zaqatalada 115,4 kompüter təşkil edib.
Şərqi Zəngəzur iqtisadi rayonu üzrə məlumat təqdim edilməyib.
MONETAR.AZ