İnternetdən istifadə etməyənlərin 38,2 faizi bacarığının olmadığını bildirib

İnternetdən istifadə etməyənlərin 38,2 faizi

2025-ci ildə Azərbaycanda internetdən istifadə etməyən əhalinin 38,2 faizi bunun əsas səbəbi kimi internetdən istifadə bacarığının olmadığını göstərib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, internetə ehtiyacı olmadığını bildirənlərin payı 37 faiz təşkil edib. Respondentlərin 4,8 faizi interneti zərərli hesab etdiyini bildirib.

İnternetdən istifadənin baha olduğunu səbəb göstərənlərin payı 3,9 faiz olub. Bu göstərici 2024-cü ildə 9,8 faiz təşkil edib. İnternet haqqında kifayət qədər məlumatının olmadığını bildirənlərin payı 1 faiz olub.

İnternetdən istifadə etməyə icazə verilmədiyini deyənlərin payı 0,2 faiz təşkil edib.

Ərazidə internet xidmətinə çıxış imkanının olmadığını bildirənlərin payı 0,1 faiz, texniki imkanların olmadığını qeyd edənlərin payı isə 0,2 faiz olub. Digər səbəbləri göstərənlərin payı 14,4 faiz təşkil edib.

MONETAR.AZ