Borcdan stresssiz çıxmağın yolları açıqlanıb

Borcdan stresssiz çıxmağın

Maliyyə mütəxəssisləri borc yükünün azaldılması üçün ilk növbədə gəlir və xərclərin dəqiq təhlil edilməsini tövsiyə edirlər.

Mütəxəssislərin fikrincə, borcun məbləğindən daha çox qeyri-müəyyənlik və maliyyə vəziyyətinə nəzarətin itirilməsi insanlarda stress yaradır. Bu səbəbdən borcun ödənilməsi üçün aydın və real planın hazırlanması vacib hesab olunur.

Təklif olunan yanaşmaya əsasən, aylıq gəlir və məcburi xərclər qiymətləndirilməli, borcun ödənilməsi üçün konkret qrafik tərtib edilməlidir. Eyni zamanda, böyük alış-verişlərin və əlavə xərclərin müvəqqəti məhdudlaşdırılması tövsiyə olunur.

Ekspertlər qeyd edirlər ki, maliyyə əməliyyatlarının avtomatlaşdırılmış şəkildə izlənilməsi də büdcəyə nəzarəti asanlaşdırır. Müasir rəqəmsal alətlər xərcləri kateqoriyalar üzrə təhlil etməyə, qənaət imkanlarını müəyyənləşdirməyə və ödəniş planına əməl etməyə kömək edir.

Onların sözlərinə görə, borcun idarə olunmasında əsas amil davamlı nəzarət və mərhələli yanaşmadır. Aydın fəaliyyət planı maliyyə yükünü azaltmaqla yanaşı, insanlarda yaranan narahatlığın da azalmasına imkan verir.

MONETAR.AZ