18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycanda bir sıra muzeylərdə “Açıq qapı” günü təşkil ediləcək.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən muzeylərə həmin gün ziyarətçilərin girişi ödənişsiz olacaq.
Təşəbbüsün əsas məqsədi vətəndaşların asudə vaxtının daha səmərəli təşkilinə şərait yaratmaq, onları Azərbaycanın zəngin tarixi, mədəniyyəti və milli irsi ilə daha yaxından tanış etməkdir.
Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü 1977-ci ildə Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən təsis olunub. Bu günün keçirilməsində əsas məqsəd muzeylərin cəmiyyətin mədəni həyatındakı mühüm roluna diqqət çəkməkdir.
MONETAR.AZ