Çin Milli Statistika Bürosunun (National Bureau of Statistics of China) dünən açıqladığı rəsmi məlumatlara əsasən, ölkənin şəhər yerlərində gənclər arasında işsizlik səviyyəsi aprel ayında müsbət dinamika nümayiş etdirərək geriləyib. Bu azalma, daxili tələbin zəifliyinə dair narahatlıqların fonunda əmək bazarında müəyyən bir canlanmanın olduğunu göstərir.
Xüsusilə məktəb və universitetlərdə təhsilini davam etdirən tələbələr hesaba alınmadan formalaşdırılan 16–24 yaş qrupu üzrə işsizlik səviyyəsi apreldə 16,3%-ə düşüb. Müqayisə üçün qeyd edək ki, mart ayında bu rəqəm 16,9% səviyyəsində idi.
Milli Statistika Bürosunun hesabatında təkcə gənclər deyil, digər yaş kateqoriyalarından olan əmək qabiliyyətli şəxslər arasında da işsizliyin azaldığı müşahidə olunur.
İşsizlik rəqəmlərinin bütün yaş qruplarında, xüsusən də gənc mütəxəssislər arasında geriləməsi Çin hökumətinin məşğulluğu artırmaq istiqamətində atdığı bəzi stimullaşdırıcı addımların nəticəsi ola bilər. Lakin analitiklər qeyd edirlər ki, 16-24 yaş qrupundakı 16,3%-lik göstərici hələ də kifayət qədər yüksəkdir və iqtisadiyyatın struktur problemlərindən xəbər verir.
Çin ötən illərdə gənclər arasında işsizlik rekord həddə (21,3%-ə) çatdıqdan sonra statistikanın hesablanma qaydasını dəyişmişdi. Yeni metodologiyaya əsasən, yalnız təhsilini tam başa vurub aktiv şəkildə iş axtaran real gənclər qeydiyyata alınır, tamştatlı təhsil alan tələbələr isə bu siyahıdan çıxarılır. Bu da rəqəmlərin daha real iqtisadi mənzərəni əks etdirməsinə xidmət edir.
MONETAR.AZ