Dövlət qulluqçuları üçün “Ünsiyyət bacarıqlarının inkişafı” mövzusunda təlim keçirilib

Dövlət qulluqçuları üçün “Ünsiyyət bacarıqlarının inkişafı” mövzusunda

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası çərçivəsində 6–7 avqust 2026-cı il tarixlərində Dövlət İmtahan Mərkəzində mərkəzi icra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçuları üçün “Ünsiyyət bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil olunub.

Təlim təlimçi Tural İsgəndərov tərəfindən keçirilib. İştirakçılara ünsiyyət bacarıqlarının əhəmiyyəti, Şennon–Viver kommunikasiya modeli, ünsiyyət növləri, inandırıcı ünsiyyət, auditoriyanın təhlili, kommunikasiyaya açıqlıq, insanların davranışına təsir üsulları, məlumatın qavranılması və görüşlər zamanı yönləndirici ünsiyyət kimi mövzular üzrə nəzəri və praktiki biliklər təqdim olunub.

Təlimin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.