Dövlət Turizm Agentliyinin əməkdaşları üçün nəticəyönümlü fəaliyyətin planlaşdırılması və vaxtın səmərəli idarə edilməsinə həsr olunan təlim keçirilib.
6 oktyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin Ümumi səriştələrin qiymətləndirilməsi sektorunun aparıcı məsləhətçisi Cavid Əliyev və sektorun məsləhətçisi Aynurə Abdalovanın iştirakı ilə “Nəticələrin əldə olunmasına yönəlmiş fəaliyyətin planlaşdırılması və vaxtın effektiv idarə edilməsi” mövzusunda təlim təşkil olunub.
Təlim zamanı iştirakçılara işin səmərəli planlaşdırılması, prioritetlərin düzgün müəyyənləşdirilməsi və vaxtdan effektiv istifadə ilə bağlı bilik və bacarıqlar aşılanıb.