TOEFL iBT imtahanının keçiriləcəyi tarix və ünvan açıqlanıb

TOEFL iBT imtahanının keçiriləcəyi tarix və ünvan

7 oktyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda TOEFL iBT imtahanı keçiriləcək.

İmtahan Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi 50 ünvanında baş tutacaq. İştirakçılar imtahanın başlanmasına ən azı bir saat qalmış imtahan binasının qarşısında olmalıdırlar.

Namizədlər imtahana şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə gəlməlidirlər. İmtahan saat 09:00-da başlayacaq.

15 yaş və daha aşağı yaş qrupuna aid iştirakçıların imtahan binasına valideynləri ilə birlikdə gəlməsi tələb olunur.

TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.