Nazirlər Kabineti “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edib.
Monetar.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Dəyişikliyə əsasən, Daxili İşlər Nazirliyi öz balansında olan mühafizə olunan duracaqlara nəqliyyat vasitələrinin gətirilməsi və həmin duracaqlarda saxlanılması üçün tutulacaq haqların məbləğini müəyyən edəcək.
Bu məbləğlər İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinin rəyləri nəzərə alınmaqla təsdiqlənəcək.