Azərbaycandan meyvə ixracının 5 ildə artımı 87,6 faiz təşkil edib

Azərbaycandan meyvə ixracının 5 ildə artımı

Azərbaycandan meyvə və giləmeyvə ixracı 2020-ci ildəki 310,9 min tondan 2025-ci ildə 583,3 min tona yüksəlib. Beş ildə artım 87,6% təşkil edib.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin “Azərbaycanın ərzaq balansları, 2026” nəşrinə əsasən, meyvə və giləmeyvə istehsalı da artıb. 2020-ci ildə 1 milyon 133 min 132 ton olan istehsal 2025-ci ildə 1 milyon 394 min 402 tona çatıb.

İdxal 152 min 326 tondan 181 min 985 tona yüksəlib. Əhalinin şəxsi istehlak fondu isə 871 min 656 tondan 778 min 322 tona düşüb.

Beləliklə, müqayisə edilən dövrdə meyvə və giləmeyvə istehsalı və ixracı artdığı halda, şəxsi istehlak fondu azalıb. Bu göstərici adambaşına faktiki istehlakın eyni nisbətdə dəyişdiyini birbaşa göstərmir.