Zeytun yağı ilə özünütəminetmə səviyyəsi 73,6 faizə yüksəlib

Zeytun yağı ilə özünütəminetmə səviyyəsi

Azərbaycanda zeytun yağı ilə özünütəminetmə səviyyəsi 2025-ci ildə 73,6 faizə çatıb.

Monetar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ildə bu göstərici 31,5 faiz olub. Nəticədə, beş il ərzində zeytun yağı üzrə özünütəminetmə səviyyəsi 42,1 faiz bəndi artıb.

Statistik məlumatlara əsasən, 2021-ci ildə göstərici 35,8 faiz, 2022-ci ildə 38,4 faiz, 2023-cü ildə 64,5 faiz, 2024-cü ildə isə 71,9 faiz təşkil edib.