2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan 12 milyon 807,79 min dollar dəyərində diri heyvan ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,7 dəfə və ya 12 milyon 427,5 min dollar çoxdur.
Monetar.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda bildirilib.
Hesabat dövründə Azərbaycanın diri heyvan idxalı isə 59 milyon 254,97 min dollar təşkil edib. Bu göstərici illik müqayisədə 2,2 dəfə və ya 71 milyon 237,56 min dollar azalıb.
Gömrük statistikasına əsasən, diri heyvan ixracı Azərbaycanın ümumi ixracının 0,05 faizini, idxalı isə ümumi idxalının 0,44 faizini təşkil edib.
