Ovçuluq təsərrüfatlarında xəzli heyvanların və ov quşlarının sayı azalıb

Ovçuluq təsərrüfatlarında xəzli heyvanların və

Azərbaycanda ovçuluq təsərrüfatlarında qeydə alınan xəzli heyvanların və ov quşlarının sayı 2026-cı ilin əvvəlinə əvvəlki illə müqayisədə azalıb. Statistik göstəricilər həm heyvanların, həm də quşların sayında geriləmə olduğunu göstərir.

Monetar.az "Azərbaycanın Kənd Təsərrüfatı Statistik Məcmuəsi 2026"ya istinadən xəbər verir ki, 2026-cı ilin əvvəlində ovçuluq təsərrüfatlarında ümumilikdə 17 min 812 xəzli heyvan olub. 2025-ci ilin əvvəlində bu göstərici 26 min 516 baş təşkil edib. Beləliklə, bir il ərzində onların sayı 8 min 704 baş və ya təxminən 32,8% azalıb.

Xəzli heyvanlar arasında ən çox çaqqal qeydə alınıb. Onların sayı 6 min 858 baş olub. Dovşanların sayı 4 min 135, qunduzların sayı 2 min 274, tülkülərin sayı 2 min 102, vəhşi pişiklərin sayı 1 min 19, porsuq­ların sayı isə 566 baş təşkil edib.

Bundan başqa, ovçuluq təsərrüfatlarında 512 canavar, 168 sincab, 120 dələ, 30 yenot və 28 qonur ayı qeydə alınıb.

2026-cı ilin əvvəlinə ovçuluq təsərrüfatlarında ov quşlarının ümumi sayı 452 min baş olub. 2025-ci ilin əvvəlində bu rəqəm 1 milyon 49,8 min baş təşkil edirdi. Bu, illik müqayisədə təxminən 57% azalma deməkdir.

Quş növləri üzrə göstəricilərə nəzər saldıqda, sığırçınların sayı 145,8 min, ördəklərin sayı 71,9 min, göyərçinkimilərin sayı 88,3 min, qaşqaldaqların sayı 89,9 min baş olub. Bundan əlavə, 23 min qamışquşu, 12,6 min bəzdək, 12,4 min çüllüt və 3,1 min qaz qeydə alınıb.

Digər növlər üzrə göstəricilər daha aşağıdır. Belə ki, 2026-cı ilin əvvəlində 2,1 min turac, 0,8 min sultan toyuğu, 1,8 min flaminqo və 0,1 min durna olub. Kəkliyin sayı isə 200 baş təşkil edib. Qırqovul üzrə həmin dövr üçün göstərici qeydə alınmayıb.

Statistik məlumatlara görə, 2025-ci ildə Azərbaycanda 13 ovçuluq təsərrüfatı fəaliyyət göstərib. Bu göstərici 2021-ci ildən bəri dəyişməz qalıb. Ovçuluq ərazilərinin ümumi sahəsi isə 292,8 min hektar təşkil edib.

Həmin təsərrüfatlarda çalışan işçilərin sayı 2025-ci ildə 43 nəfərə çatıb. Müqayisə üçün, 2024-cü ildə bu göstərici 30 nəfər olub.

Qeyd edək ki, statistik cədvəldə ovçuluq təsərrüfatlarının ümumi xərcləri üzrə 2023–2025-ci illərə dair məlumat təqdim edilməyib. 2022-ci ildə isə bu göstərici 350,5 min manat təşkil edib.