Dünya əmtəə bazarında gün ərzində müxtəlif məhsulların qiymətlərində fərqli istiqamətli dəyişikliklər qeydə alınıb. Ən böyük artım təbii qazın qiymətində, ən ciddi ucuzlaşma isə kənd təsərrüfatı məhsullarından qəhvədə olub.
Monetar.az xəbər verir ki, təbii qazın qiyməti 3,55 faiz artıb. Benzin 0,71 faiz, soba yanacağı isə 0,60 faiz bahalaşıb.
Metallar arasında ən yüksək artım platin üzrə qeydə alınıb. Onun qiyməti 2,20 faiz yüksəlib. Mis 1,57 faiz, gümüş 1,45 faiz, qızıl isə 0,39 faiz bahalaşıb.
Kənd təsərrüfatı məhsulları arasında isə qəhvə 1,68 faiz ucuzlaşıb. Buğdanın qiyməti 1,49 faiz, qarğıdalının qiyməti isə 1,27 faiz azalıb.
Bəzi məhsullarda isə əks istiqamətdə dəyişiklik baş verib. Kakao 1,27 faiz, şəkər isə 0,98 faiz bahalaşıb.
Enerji bazarında isə təbii qazla yanaşı, Avropa təbii qazının qiyməti 2,75 faiz, xam neft 2,71 faiz, Brent markalı neft isə 1,64 faiz ucuzlaşıb.