Bitcoin bugün qlobal maliyyə bazarlarında riskli aktivlərə satış təzyiqinin artması fonunda dəyər itirib. ABŞ ilə İran arasında davam edən geosiyasi gərginlik, eləcə də faiz dərəcələrinin yenidən artırıla biləcəyi ilə bağlı narahatlıqlar investorların kriptovalyutalara marağını zəiflədib.
Son ucuzlaşma nəticəsində dünyanın ən böyük kriptovalyutası həftə ərzində qeydə aldığı qısamüddətli artımı demək olar ki, tamamilə itirib və son yeddi gün üzrə yenidən mənfi göstəriciyə keçib.
Bakı vaxtı ilə saat 10:32-yə olan məlumata əsasən, bitkoinin qiyməti 2,8% azalaraq 62 924,8 dollara enib.
Analitiklərin fikrincə, geosiyasi risklərin artması və qlobal pul-kredit siyasəti ilə bağlı qeyri-müəyyənliyin davam etməsi yaxın müddətdə kriptovalyuta bazarında yüksək volatilliyin qorunmasına səbəb ola bilər.
MONETAR.AZ