Qlobal əmtəə bazarlarında əsas məhsullar üzrə qiymət enişləri müşahidə olunur. Son məlumatlara görə, kənd təsərrüfatı məhsulları, qiymətli metallar və enerji resurslarının bir hissəsində azalma qeydə alınıb.
Kənd təsərrüfatı əmtəələri arasında ən böyük ucuzlaşma kakao bazarında baş verib. Kakao fyuçersləri 7,51 faiz geriləyib. Qəhvənin qiyməti 3,92 faiz, şəkərin qiyməti isə 2,96 faiz aşağı düşüb. Bu seqmentdə yeganə artım rezin bazarında qeydə alınıb və qiymətlər 0,55 faiz yüksəlib.
Qiymətli metallar bazarında da eniş müşahidə olunur. Gümüşün qiyməti 3,31 faiz azalıb. Litium karbonat 1,95 faiz, qızıl isə 1,78 faiz ucuzlaşıb.
Enerji bazarında təbii qaz qiymətləri 2,45 faiz aşağı düşüb. WTI markalı xam neft 1,21 faiz, Brent markalı neft isə 1,01 faiz ucuzlaşıb.
Bununla yanaşı, bəzi enerji məhsullarında artım qeydə alınıb. Qızdırıcı neftin qiyməti 1,72 faiz yüksəlib. Avropa təbii qazı 1,03 faiz, Böyük Britaniya təbii qazı isə 0,64 faiz bahalaşıb.
Analitiklər bildirirlər ki, əmtəə bazarlarında qiymət dəyişiklikləri qlobal tələb, iqtisadi gözləntilər, valyuta bazarındakı hərəkətlər və geosiyasi amillərin təsiri altında formalaşır.
MONETAR.AZ