Bitcoin bu gün neft qiymətlərinin kəskin bahalaşması və ABŞ Xəzinədarlıq istiqrazlarının gəlirliliyinin yüksəlməsi fonunda ucuzlaşıb. Faiz dərəcələrinin artırılması və inflyasiyanın sürətlənməsi ilə bağlı gözləntilər investorların spekulyativ aktivlərə marağını azaldıb.
Dünyanın ən böyük kriptovalyutası Bakı vaxtı ilə 10:16-da 1,2 faiz ucuzlaşaraq 84 288,6 dollara düşüb.
Bitcoin üçüncü rübdəki güclü göstəricilərdən sonra oktyabrın əvvəlindən əsasən dar diapazonda hərəkət edir. Ümumilikdə kriptovalyuta bazarında da geriləmə müşahidə olunur.
ABŞ-da kriptovalyuta sektorunun daha yumşaq tənzimlənəcəyi ilə bağlı gözləntilər isə investorların risk iştahını artırmaq üçün kifayət etməyib.
Kriptovalyutaların dinamikası Uoll-stritdəki rekord göstəricilərdən də geri qalır. Bunun əsas səbəblərindən biri investorların diqqətinin hazırda əsasən süni intellekt sektorunda fəaliyyət göstərən şirkətlərin səhmlərinə yönəlməsidir.
MONETAR.AZ