“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatının artması ilə əlaqədar 10 və 11 oktyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.
ADY-dən bildirilib ki, bu istiqamətdə Bakı-Qazax-Bakı marşrutu üzrə gündəlik səfərlər də ənənəvi qrafik əsasında davam etdirilir.
Əlavə reyslərə biletləri ADY-nin rəsmi internet saytı, “ADY Mobile” tətbiqi və dəmiryol kassalarından əldə etmək mümkündür.