1983-cü ildə yaradılmış kənd təsərrüfatı müəssisəsi ləğv edilir

1983-cü ildə yaradılmış kənd təsərrüfatı müəssisəsi

“AZER-GAK” Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: 1004760631) səhmdarları cəmiyyətin ləğv edilməsi barədə qərar qəbul ediblər.

Monetar.az xəbər verir ki, qərar 30 iyul 2026-cı il tarixində qəbul olunub.

Bildirilib ki, cəmiyyətə qarşı tələbi olan kreditorlar elan dərc edildiyi tarixdən etibarən 1 ay müddətində öz tələblərini yazılı şəkildə təqdim etməlidirlər.

Ləğvetmə prosesi çərçivəsində kreditor və debitor borclarının mövcudluğu qanunvericiliyə uyğun olaraq müəyyən ediləcək və müvafiq hesablaşmalar aparılacaq.

Kreditorlar müraciətlərini Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 3 ünvanına təqdim edə bilərlər.

Xatırladaq ki, “AZER GAK” QSC 1983-cü ildən kənd təsərrüfatı avadanlıqlarınin istehsalı sahəsində fəaliyyət göstərir.