Sumqayıt İcra Hakimiyyəti 100 litrlik tullantı konteyneri alır- biri 495 manata

Sumqayıt İcra Hakimiyyəti 100 litrlik tullantı konteyneri alır-

Sumqayıt Şəhər İcra Hakimiyyəti məişət tullantılarının toplanması üçün 820 ədəd 1 100 litrlik plastik konteynerin satın alınması məqsədilə açıq tender elan edib.

Tenderin ehtimal olunan dəyəri 405 898,52 manat təşkil edir. Bu isə hesabla bir konteyner üçün orta hesabla təxminən 495 manat deməkdir.

Satınalma sənədlərinə əsasən, konteynerlər yüksək sıxlıqlı polietilendən (HDPE) hazırlanmalı, pedal mexanizmi, əyləcli təkərlər və ISO 9001:2015 və EN 840 standartlarına uyğunluq sertifikatlarına malik olmalıdır.

Tender təklifləri 3 avqust 2026-cı il saat 15:00-dək qəbul ediləcək, zərflərin açılışı da həmin tarixdə baş tutacaq.