Təhsil müəssisələrinin təmiri üçün 4,3 milyon manatlıq satınalma elan edilib

Təhsil müəssisələrinin təmiri üçün 4,3 milyon manatlıq

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublikanın bir sıra təhsil müəssisələrində təmir işlərinin görülməsi ilə bağlı açıq satınalma müsabiqəsi elan edib.

Elan edilmiş satınalmanın ehtimal olunan dəyəri 4 milyon 260 min 957,17 manat təşkil edir.

Satınalma sənədlərinə əsasən, müsabiqə "Respublikanın bir sıra təhsil müəssisələrində təmir işlərinin satınalınması" adlanır və 2026/AT/03627/V2 nömrəsi ilə qeydiyyata alınıb. Layihə 72101500 – Binalara cari və əsaslı təmir işləri təsnifat kodu üzrə həyata keçiriləcək.

Müsabiqə 30 iyul 2026-cı il saat 09:15-də dərc olunub. İddiaçılar öz təkliflərini 1 sentyabr 2026-cı il saat 10:00-dək təqdim edə bilərlər. Təklif zərflərinin açılışı da həmin gün və saatda baş tutacaq.

Satınalan təşkilat Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsidir. Qurumun hüquqi ünvanı Bakı şəhəri, Y.Bakuvi küçəsi 18 olaraq göstərilib.

MONETAR.AZ