Avropada otel biznesi mövsümdənkənar dövrlərdə müştəri cəlb etmək üçün bir neçə marketinq kanalından yararlanır. “Booking.com” və “Statista”nın 2026-cı il Avropa Yaşayış Sektoru Barometrinə əsasən, onlayn səyahət platformaları (OTA) otelçilər üçün ən effektiv vasitə hesab olunur.
Sorğuda iştirak edən otel rəhbərlərinin 81 faizi onlayn səyahət platformalarının mövsümdənkənar qonaq axınını artırmaqda çox effektiv olduğunu bildirib.
Digər əsas kanallar arasında otellərin öz sosial media səhifələri xüsusi yer tutur. Respondentlərin 54 faizi bu vasitəni effektiv hesab edib.
Ödənişli axtarış reklamları 50 faiz, ənənəvi səyahət agentlikləri 47 faiz, turizm təşkilatları ilə əməkdaşlıq (DMO) isə 45 faiz effektivlik göstəricisi ilə qiymətləndirilib.
Sosial şəbəkələrdə ödənişli reklamlar 42 faiz, e-poçt və xəbər bülleteni kampaniyaları 41 faiz, ənənəvi media reklamları isə 34 faiz göstərici əldə edib.
Toy və tədbir təşkilatçıları ilə əməkdaşlıq 30 faiz, influenserlər və səyahət bloqerləri vasitəsilə ödənişli tanıtımlar isə 29 faiz effektiv hesab olunub.
Araşdırma göstərir ki, Avropa otelləri müştəri cəlb etmək üçün yalnız bir kanaldan istifadə etmir. Müxtəlif platformalar səyahətçinin qərarvermə prosesinin fərqli mərhələlərində bir-birini tamamlayaraq mövsümdənkənar tələbin formalaşmasına kömək edir.
Sorğu Avropanın yaşayış sektorunda fəaliyyət göstərən 1240 rəhbər və menecer arasında keçirilib.
MONETAR.AZ