“Sumqayıt Avtomotoservis”ə yeni sədr seçiləcək

“Sumqayıt Avtomotoservis”ə yeni

Sumqayıt Avtomotoservis” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağının keçiriləcəyi tarix açıqlanıb.

Şirkətdən verilən məlumata görə, yığıncaq 12 sentyabr 2026-cı il saat 15:00-da Sumqayıt şəhəri, Sülh küçəsi, 6-cı məhəllədə yerləşən cəmiyyətin inzibati binasında baş tutacaq.

Ümumi yığıncağın gündəliyinə cəmiyyətin 2025-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunları barədə hesabatın müzakirəsi, eləcə də icra orqanlarının formalaşdırılması məsələsi daxil edilib.

Toplantı çərçivəsində İdarə Heyəti sədrinin seçilməsi də müzakirəyə çıxarılacaq. Bundan əlavə, gündəlikdə digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

Şirkət səhmdarları yığıncaqda iştirak etmək üçün şəxsiyyətlərini təsdiq edən sənədlə gəlməlidirlər.

MONETAR.AZ