Amazon 2026-cı ildə illik gəlirə görə dünyanın ən böyük şirkəti olub. Monetar.az xəbər verir ki, bu barədə Fortune Global 500 məlumatları əsasında hazırlanan reytinqdə qeyd olunub.
Məlumata görə, Amazon ötən ildən lider olan Walmart-ı geridə qoyaraq birinci pilləyə yüksəlib. Şirkətin illik gəliri 716,9 milyard dollar, Walmart-ın gəliri isə 713,2 milyard dollar təşkil edib. İki şirkət arasındakı fərq 3,7 milyard dollar olub.
Reytinqdə üçüncü yeri 555,4 milyard dollar gəlirlə Çinin State Grid şirkəti tutub. ABŞ-ın UnitedHealth Group şirkəti 447,6 milyard dollarla dördüncü, Səudiyyə Ərəbistanının Saudi Aramco şirkəti isə 445,5 milyard dollarla beşinci sırada qərarlaşıb.
İlk 10-luqda həmçinin Apple (416,2 milyard dollar), McKesson (403,4 milyard dollar), Alphabet (402,8 milyard dollar), CVS Health (402,1 milyard dollar) və China National Petroleum (401,9 milyard dollar) yer alıb.
Ümumilikdə, dünyanın gəlirə görə ən böyük 30 şirkətindən 15-i ABŞ-a məxsusdur. ABŞ şirkətləri ilk 10-luqda isə yeddi mövqeyə sahibdir.
Reytinqdə 13-cü yerdə Almaniyanın Volkswagen şirkəti (363,1 milyard dollar), 14-cü yerdə Yaponiyanın Toyota Motor şirkəti (336,3 milyard dollar) qərarlaşıb.
Məlumata görə, dünyanın ən böyük 30 şirkətinin ümumi gəliri 10,5 trilyon dollar təşkil edir. Bunun 60%-i Şimali Amerika şirkətlərinin payına düşür.