Xüsusi müsadirə edilmiş əmlaklar yenidən hərraca çıxarılır

Xüsusi müsadirə edilmiş əmlaklar

Bu gün saat 10:00-da xüsusi müsadirə edilmiş əmlakların satışı üzrə növbəti hərrac keçiriləcək.

MONETAR.AZ xəbər verir ki, hərraca Bakı şəhərinin Binəqədi, Nərimanov və Yasamal rayonlarında yerləşən daşınmaz əmlaklar, həmçinin avtomobil və mobil telefon çıxarılacaq.

Satışa çıxarılan əmlaklar arasında Binəqədi rayonunda yerləşən 61,11 kvadratmetr sahəyə malik mənzil 175 min manat, Yasamal rayonunda yerləşən 370,4 kvadratmetrlik mənzil isə 463 min 125 manat start qiyməti ilə təklif olunur.

Bundan başqa, hərraca "BMW 740I" markalı minik avtomobili 11 min 500 manat, "Xiaomi Redmi" markalı mobil telefon isə 50 manat start qiyməti ilə çıxarılacaq.

Məlumata görə, hər iki mənzil və avtomobil beşinci dəfə 50 faiz endirimli qiymətlə təkrar hərraca çıxarılır. Mobil telefon isə ikinci dəfə təkrar satışa təqdim edilir.