ABŞ-ın strateji neft ehtiyatları son 40 ilin ən aşağı həddinə düşüb.
MONETAR.AZ xəbər verir ki, ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının həftəlik hesabatına əsasən, iyulun 3-də başa çatan həftə ərzində ölkənin strateji neft ehtiyatları 6,166 milyon barel azalıb.
Hesabata görə, hazırda ABŞ-ın strateji ehtiyatlarında 319,489 milyon barel neft qalıb. Bu göstərici 1983-cü ilin aprelindən bu yana qeydə alınan ən aşağı səviyyədir.
Məlumata əsasən, bundan əvvəl daha aşağı ehtiyat həcmi 1983-cü il aprelin 29-da başa çatan həftədə qeydə alınıb. Həmin vaxt strateji ehtiyatların həcmi 317,456 milyon barel təşkil edib.
Ekspertlər bildirirlər ki, strateji ehtiyatların azalması ABŞ-ın enerji təhlükəsizliyi baxımından mühüm göstəricilərdən biridir. Qlobal enerji bazarında baş verən dəyişikliklər və geosiyasi proseslər fonunda ölkələrin strateji ehtiyatlarının səviyyəsi xüsusi diqqət mərkəzində saxlanılır.