2026-cı ilin yanvar–mart aylarında Azərbaycanda Aİ-95 markalı mühərrik benzininin idxal və ixrac göstəriciləri açıqlanıb. Dövlət Statistika Komitəsinin xarici ticarət məlumatlarına əsasən, bu dövrdə ölkəyə 44,5 min tondan çox benzin idxal olunub, eyni zamanda müəyyən həcmdə ixrac da həyata keçirilib.
Statistik göstəricilərə görə, Aİ-95 benzininin orta idxal qiyməti 1 ton üçün təxminən 863 ABŞ dolları olub. İxrac olunan benzinin 1 ton üzrə orta qiyməti isə təxminən 699 ABŞ dolları təşkil edib.
Ölkələr üzrə idxal qiymətlərində fərqlər müşahidə olunub. Belarusdan idxal olunan benzinin 1 tonu təxminən 839 ABŞ dolları, Qazaxıstandan gətirilən benzinin 1 tonu 872 ABŞ dolları olub. Rusiyadan idxal olunan məhsulun 1 tonunun orta qiyməti 869 ABŞ dolları təşkil edib.
Birləşmiş Ərəb Əmirliklərindən idxal edilən benzinin 1 tonu təxminən 845 ABŞ dollarına, Rumıniyadan gətirilən məhsul isə 872 ABŞ dollarına başa gəlib. Yunanıstandan idxal olunan benzinin 1 tonunun qiyməti təxminən 892 ABŞ dolları olub.
Gürcüstandan idxal edilən benzinin 1 tonu orta hesabla 1 068 ABŞ dolları təşkil edib ki, bu da digər ölkələrlə müqayisədə daha yüksək göstərici hesab olunur. Türkiyədən idxal olunan benzinin 1 tonunun qiyməti isə təxminən 1 499 ABŞ dolları olub.
İxrac əməliyyatlarında isə Ermənistan və Gürcüstan əsas istiqamətlər kimi yer alıb. Ermənistana ixrac olunan benzinin 1 tonu təxminən 670 ABŞ dolları, Gürcüstana ixrac olunan məhsulun 1 tonu isə 713 ABŞ dolları olub.
Məlumatlar göstərir ki, 2026-cı ilin ilk üç ayında Azərbaycanda Aİ-95 benzininin idxal qiymətləri əsasən 839–1 499 ABŞ dolları intervalında dəyişib.
MONETAR.AZ