Əmtəə bazarlarında əsas artım enerji məhsullarında müşahidə olunub. Monetar.az xəbər verir ki, Avropada təbii qazın qiyməti 10,09 faiz artaraq günün ən çox bahalaşan əmtəələrindən biri olub.
Məlumata görə, Böyük Britaniyada təbii qazın qiyməti 7,78 faiz, Almaniyanın THE qaz fyuçersləri isə 6,23 faiz yüksəlib. Brent markalı neft 3,70 faiz, WTI markalı xam neft isə 2,83 faiz bahalaşıb.
Kənd təsərrüfatı məhsulları bazarında isə ən böyük artım şəkərin qiymətində qeydə alınıb. Şəkər 2,84 faiz bahalaşıb, düyünün qiyməti isə 0,81 faiz yüksəlib. Kakao 2,70 faiz, yulaf isə 2,61 faiz ucuzlaşıb.
Metallar bazarında dəmir filizi (CNY) 1,84 faiz artıb. Litium karbonat 0,89 faiz, silikon isə 0,66 faiz bahalaşıb. Gümüşün qiyməti isə 0,80 faiz geriləyib.