Azərbaycanda dizel istehsalı 9 ayda 1,8 milyon tona yaxınlaşıb

Azərbaycanda dizel istehsalı 9 ayda

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı üzrə müxtəlif istiqamətlərdə fərqli dəyişikliklər qeydə alınıb. Dizel yanacağı istehsalı yüksək həcmdə qalsa da, ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hesabat dövründə 1 milyon 799 min ton dizel yanacağı istehsal edilib. Bu, illik müqayisədə 3,4% azalma deməkdir.

Oktyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 137,5 min ton dizel yanacağı olub.

Avtomobil benzininin istehsalı isə 1 milyon 68,5 min ton təşkil edib. Kerosin istehsalında daha nəzərəçarpan azalma qeydə alınıb: istehsal göstəricisi ötən ilin eyni dövrünün 80,8%-nə bərabər olub.