2026-cı ilin yanvar–iyun aylarında Azərbaycanda 25,4 milyard kubmetr təbii qaz hasil edilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hasil olunan qazın 13,7 milyard kubmetri "Şahdəniz", 7,3 milyard kubmetri "Azəri-Çıraq-Günəşli" (AÇG), 3,6 milyard kubmetri SOCAR, 0,8 milyard kubmetri isə "Abşeron" yatağının payına düşüb.
Hesabat dövründə ölkədən 12,7 milyard kubmetr təbii qaz ixrac olunub. İxracın 5,9 milyard kubmetri Avropaya, 4,9 milyard kubmetri Türkiyəyə, o cümlədən TANAP vasitəsilə 3 milyard kubmetri, 1,2 milyard kubmetri Gürcüstana, 0,7 milyard kubmetri isə Suriyaya nəql edilib.
Nazirliyin məlumatına görə, "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 2026-cı il iyulun 1-dək ümumilikdə 679,8 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə) və 529,6 milyard kubmetr qaz hasil olunub.
Bu müddətdə AÇG yatağından 625,6 milyon ton neft və 251,1 milyard kubmetr qaz, "Şahdəniz" yatağından isə 54,2 milyon tona yaxın kondensat və 278,5 milyard kubmetr qaz hasil edilib.
MONETAR.AZ