Bu gün Azərbaycana payız fəsli daxil olur

Bu gün Azərbaycana

2026-cı ildə Azərbaycanda astronomik payız sentyabrın 23-də saat 04:05-də başlayacaq.

Monetar.az xəbər verir ki, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, həmin vaxt Günəş payız bərabərliyi nöqtəsindən keçərək şimal yarımkürəsindən cənub yarımkürəsinə keçəcək.

Payız bərabərliyi zamanı gecə ilə gündüzün uzunluğu təxminən bərabərləşərək 12 saat olacaq. Bundan sonra şimal yarımkürəsində günlər qısalmağa, gecələr isə uzanmağa başlayacaq.

Eyni vaxtda cənub yarımkürəsində astronomik yaz başlayacaq və orada günlər uzanacaq, gecələr qısalacaq.

Fəsillərin yaranmasının əsas səbəbi Yer oxunun ekliptika müstəvisinə nəzərən təxminən 23,5 dərəcə meyilli olmasıdır. Bu səbəbdən il ərzində Günəş şüalarının Yer səthinə düşmə bucağı dəyişir və müxtəlif ərazilər fərqli miqdarda istilik alır.

Qeyd edək ki, ekvatorda gecə və gündüzün uzunluğu ilboyu təxminən 12 saat olur.