Dünyanın ən böyük pivə istehsalçıları ilə bağlı yeni reytinq açıqlanıb. Azərbaycan siyahıda 114-cü pillədə yer alıb.
Məlumata görə, Azərbaycan il ərzində təxminən 0,0137 milyard gallon (təxminən 52 milyon litr) pivə istehsal edib. Bu göstərici qlobal pivə istehsalında çox kiçik paya malikdir.
Reytinqdə ilk sırada Çin qərarlaşıb. Ölkə 2024-cü ildə təxminən 9 milyard gallon pivə istehsal edərək dünya istehsalının 18,2 faizini təmin edib.
İkinci yeri ABŞ, üçüncü yeri Braziliya, dördüncü yeri isə Meksika tutub. İlk beşliyə həmçinin Rusiya daxil olub.
Avropa ölkələri arasında Rusiya Almaniyanı geridə qoyaraq ən böyük pivə istehsalçısına çevrilib. Almaniya isə qlobal siyahıda altıncı yerdə qərarlaşıb.
Pivə istehsalında əsas üstünlük böyük daxili bazara, inkişaf etmiş qida sənayesinə və ixrac imkanlarına malik ölkələrdədir. Azərbaycanda isə pivə bazarı əsasən daxili istehlaka yönəlib.