Çin 3,8 trilyon dollarlıq ixrac həcmi ilə dünya ticarətində birinci yeri tutur. Ölkə artıq təkcə “dünya fabriki” deyil, həm də elektrik avtomobilləri və batareya istehsalı kimi yüksək texnologiyalı sahələrdə lider mövqeyə yüksəlib.
İkinci yerdə ABŞ qərarlaşıb. Almaniya isə yüksək mühəndislik və “Made in Germany” brendi sayəsində üçüncü sırada yer alır.
30 ən böyük ixracatçı ölkə və onların dünya ixracındakı təxmini payı (ümumi: 26,3 trilyon dollar) göstərilib:
Çin — 14,4%
ABŞ — 8,4%
Almaniya — 6,8%
Niderland — 3,8%
Honq Konq — 2,9%
Yaponiya — 2,8%
Cənubi Koreya — 2,7%
Meksika — 2,5%
Tayvan (Çin) — 2,4%
Sinqapur — 2,2%
İtaliya — 2,8%
Fransa — 2,6%
Birləşmiş Krallıq — 2,1%
Kanada — 2,1%
İsveçrə — 2,1%
İspaniya — 1,7%
Hindistan — 1,7%
Rusiya — 1,6%
Polşa — 1,6%
Vyetnam — 1,8%
Malayziya — 1,4%
Birləşmiş Ərəb Əmirlikləri — 2,7%
Braziliya — 1,3%
Avstraliya — 1,3%
İndoneziya — 1,1%
Tayland — 1,2%
Çexiya — 1,1%
İrlandiya — 1,1%
Belçika — 2,2%
Səudiyyə Ərəbistanı — 1,2%