Poçt və kuryer xidmətlərinin həcmi 5 ildə 88 faiz artıb

Poçt və kuryer xidmətlərinin həcmi

Azərbaycanda poçt və kuryer xidmətlərinin həcmi son 5 ildə əhəmiyyətli dərəcədə artıb. Bununla yanaşı, poçt şöbələrinin və sektorda çalışanların sayında azalma qeydə alınıb.

2025-ci ildə ölkədə poçt və kuryer xidmətlərinin həcmi 125 milyon 698 min manat təşkil edib. 2021-ci ildə isə bu göstərici 66 milyon 762 min manat olub. Beləliklə, beş il ərzində xidmətlərin həcmi 58 milyon 936 min manat və ya 88,3 faiz artıb.

Artım son illərdə ardıcıl davam edib. Belə ki, xidmətlərin həcmi 2022-ci ildə 89 milyon 977 min manat, 2023-cü ildə 97 milyon 589 min manat, 2024-cü ildə 112 milyon 311 min manat, 2025-ci ildə isə 125 milyon 698 min manat olub.

Təkcə ötən il poçt və kuryer xidmətlərinin həcmi əvvəlki illə müqayisədə 11,9 faiz yüksəlib.

MONETAR.AZ