Bu ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 20 milyard 788,2 milyon ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin statistik məlumatına əsasən, xarici ticarət dövriyyəsinin 13 milyard 969,9 milyon dolları ixracın, 6 milyard 818,3 milyon dolları isə idxalın payına düşüb.
Beləliklə, ixrac ümumi ticarət dövriyyəsinin 67,2 faizini, idxal isə 32,8 faizini təşkil edib.
Məlumata görə, xarici ticarət saldosu müsbət 7 milyard 151,6 milyon dollar olub ki, bu da ölkənin ixrac potensialının idxalı əhəmiyyətli dərəcədə üstələdiyini göstərir.
Qeyd olunan dövrdə xarici ticarət dövriyyəsi 20 milyard 788 milyon 217,9 min dollar səviyyəsində qeydə alınıb.
MONETAR.AZ