Almaniyada illik inflyasiya oktyabrda 2,8 faizə enib

Almaniyada illik inflyasiya

Almaniyada illik inflyasiya 2026-cı ilin oktyabr ayında sentyabrla müqayisədə 0,5 faiz bəndi azalaraq 2,8% təşkil edib. Sentyabrda bu göstərici 3,3% səviyyəsində olub.

Almaniyanın Federal Statistika İdarəsi bu gün oktyabr ayı üzrə inflyasiya göstəricilərini təsdiqləyib. Açıqlanan yekun rəqəmlər qurumun ötən ay dərc etdiyi ilkin qiymətləndirmələrlə üst-üstə düşüb.

Məlumatda göstərilən inflyasiya göstəriciləri Avropa İttifaqı ölkələri arasında müqayisə aparmağa imkan verən vahid metodologiya əsasında hesablanıb.

MONETAR.AZ