2026-cı il oktyabrın 31-nə Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard 550,6 milyon ABŞ dolları təşkil edib.
Monetar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin makroiqtisadi göstəricilərində qeyd olunub.
Məlumata görə, strateji valyuta ehtiyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz artıb.
Eyni zamanda, Azərbaycanın xarici dövlət borcu 4 milyard 481,2 milyon ABŞ dolları təşkil edib. Xarici dövlət borcu illik müqayisədə 7,7 faiz azalıb.