Bakıda pulsuz elektrobuslar fəaliyyətə başlayıb

Bakıda pulsuz elektrobuslar

Bakıda avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılan ərazilərdə yerləşən iaşə obyektlərinə və istirahət məkanlarına gediş-gəlişi təmin etmək məqsədilə pulsuz elektrik mikroavtobusları (şatllar) fəaliyyətə başlayıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, şatllar iki marşrut üzrə hərəkət edəcək:

  • C1 — Xaqani bağından Zərifə Əliyeva küçəsinin sonunadək;
  • C2 — Sabir bağından Əziz Əliyev küçəsinin sonunadək.

AYNA bildirib ki, elektrobuslar istirahət və bayram günlərində saat 12:00-dan 00:00-dək fəaliyyət göstərəcək. Hərəkət intervalı isə 7–10 dəqiqə olacaq.