Bu gün saat 10:00-da dövlətə məxsus 30 nəqliyyat vasitəsinin satışı üzrə hərrac keçiriləcək. Hərraca müxtəlif dövlət qurumlarının balansında olan minik, yük, avtobus və xüsusi təyinatlı nəqliyyat vasitələri çıxarılacaq. Satışa çıxarılan avtomobillər arasında "Toyota Hilux", "Range Rover Vogue", "Land Rover Freelander", "Hyundai Equus", "Toyota Corolla", "Chevrolet Aveo", "Chevrolet Niva", "Nissan Maxima", "Hyundai Elantra", "Mitsubishi L300", "Mitsubishi Rosa", "Isuzu Ecobus", "QAZ", "VAZ" və digər markalara aid nəqliyyat vasitələri yer alıb.
Nəqliyyat vasitələrinin start qiymətləri 1000 manatdan başlayaraq 37 min 500 manatadək dəyişir. Hərracda iştirak etmək üçün ilkin beh məbləği satış qiymətinin 10 faizi həcmində müəyyən edilib.
Bəzi nəqliyyat vasitələri təkrar hərraca endirimli qiymətlərlə çıxarılır. Onların bir hissəsi 10, 25 və 50 faiz endirim tətbiq edilməklə satışa təqdim olunacaq.
MONETAR.AZ