Yol təsərrüfatı sistemində genişmiqyaslı struktur dəyişikliklərinə başlanılıb. Bakı şəhərində yol istismarı ilə məşğul olan 10 Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) ləğvi istiqamətində prosesə start verilib.
Ləğv edilən müəssisələr uzun illərdir paytaxtın müxtəlif rayonlarında yolların saxlanılması və istismarı ilə məşğul olub. İslahatın məqsədi yol təsərrüfatının idarə edilməsini mərkəzləşdirmək, idarəetmədə təkrarlanan funksiyaları aradan qaldırmaq və xərclərin optimallaşdırılmasıdır.
Ləğv olunan şirkətlərin kreditorlarına qanunvericiliyin tələblərinə uyğun olaraq tələblərini müəssisələrin hüquqi ünvanlarına təqdim etmək tövsiyə edilir.
Ləğv edilən müəssisələr bunlardır:
-
"Bakı 1 №-li Yol İstismarı" MMC
-
"Bakı 10 №-li Yol İstismarı" MMC
-
"Bakı 5 №-li Yol İstismarı" MMC
-
"1 №-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC
-
"Bakı 7 №-li Yol İstismarı" MMC
-
"Bakı 6 №-li Yol İstismarı" MMC
-
"17 №-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC
-
"18 №-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC
-
"Bakı 8 №-li Yol İstismarı" MMC
-
"Bakı 9 №-li Yol İstismarı" MMC
Ləğv olunan şirkətlər arasında ən böyük nizamnamə kapitalına malik müəssisə 1995-ci ildən fəaliyyət göstərən "Bakı 1 №-li Yol İstismarı" MMC-dir. Şirkətin nizamnamə kapitalı 49,3 milyon manat təşkil edir. Digər müəssisələrin əksəriyyətinin nizamnamə kapitalı isə 10-20 manat səviyyəsindədir.
Gözlənilir ki, aparılan optimallaşdırma nəticəsində Bakı şəhərində yol təsərrüfatının idarə olunması tam şəkildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən vahid mərkəzdən həyata keçiriləcək. Bunun idarəetmənin çevikliyini artıracağı, inzibati xərcləri azaldacağı və yol istismarı işlərinin daha səmərəli təşkilinə şərait yaradacağı bildirilir.
MONETAR.AZ