Bakının daha üç küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakının daha üç küçəsində hərəkət

Bakının daha üç küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə mərhələli şəkildə məhdudiyyət tətbiq ediləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, məhdudiyyətlər aşağıdakı əraziləri əhatə edəcək:

  • Suraxanı rayonu, 14 İyul küçəsi;
  • Yasamal rayonu, Şıxəli Qurbanov küçəsinin Füzuli küçəsindən Salatın Əsgərova küçəsinədək olan hissəsi;
  • Səbail rayonu, Həsən Abdullayev küçəsinin Rostropoviç küçəsindən Yusif bəy İbrahimli küçəsinədək olan hissəsi.

Qurum bildirib ki, qeyd olunan küçələrdə hərəkət 6 avqust saat 08:00-dan 7 avqust saat 22:00-dək qismən, 7 avqust saat 23:00-dan 10 avqust saat 07:00-dək isə tam məhdudlaşdırılacaq.

Sürücülərə təmir işləri aparılan müddətdə alternativ marşrutlardan istifadə etmələri və hərəkətin təşkilinə dair yol nişanlarının tələblərinə əməl etmələri tövsiyə olunur.