Xəzərdə limanlar və yükdaşımalar artan təzyiq altındadır

Xəzərdə limanlar və yükdaşımalar artan

Xəzər dənizində su səviyyəsinin azalması artıq regionun nəqliyyat infrastrukturuna birbaşa təsir göstərməyə başlayıb. Xüsusilə Qazaxıstandakı Kurık və Türkmənistandakı Türkmənbaşı limanlarında dayazlaşma səbəbindən gəmilərin hərəkəti və yükləmə imkanları məhdudlaşır.

Mütəxəssislərin qiymətləndirməsinə görə, bəzi marşrutlarda dəmir yolu sisternlərinin bərə vasitəsilə daşınması 20%-dən çox azalıb. Oxşar problemlər Bakı–Türkmənbaşı xəttində də müşahidə olunur və bu, yükdaşımaların səmərəliliyinə mənfi təsir göstərir.

Su səviyyəsinin enməsi limanların əməliyyat xərclərini də artırır. Məsələn, Aktau limanında gəmilərin təhlükəsiz qəbulunu təmin etmək üçün əlavə yanalma manevrləri və dibdərinləşdirmə işləri aparılır ki, bu da əlavə maliyyə yükü yaradır.

Bundan əlavə, dayazlaşma səbəbindən bəzi gəmilər tam yüklə hərəkət edə bilmir. Nəticədə bir reyslə daşınan yük həcmi azalır, logistika xərcləri yüksəlir və marşrutun ümumi səmərəliliyi zəifləyir.

MONETAR.AZ