Keçən ay Bakı metrosu 16 milyondan çox sərnişin daşıyıb

Keçən ay Bakı metrosu 16 milyondan çox

İyul ayında Bakı Metropoliteni ilə 16 milyondan çox sərnişin səfər edib. Bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb. Məlumata görə, sərnişin daşınması ötən ilin eyni ayı ilə müqayisədə 10,31% artıb.

Ay ərzində ən çox sərnişinə xidmət göstərən stansiya "Koroğlu" olub. Bu stansiyadan ümumilikdə 1 milyon 630 min 48 sərnişin istifadə edib.

İyul ayında metrodan ən intensiv istifadə olunan gün iyulun 1-i qeydə alınıb. Həmin gün metropolitenin xidmətlərindən 649 min 974 sərnişin yararlanıb.

QSC-nin məlumatına əsasən, iyul ayında NFC və QR bilet vasitəsilə ümumilikdə 8 milyon 567 min 107 ödəniş həyata keçirilib. Bu, ay ərzində ödənişli səfərlərin 52,99%-ni təşkil edib.

Bundan əlavə, iyul ayında "Əlçatan metro" xidmətindən 94 sərnişin istifadə edib.