Bu gün Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək

Bu gün Ermənistan parlamenti TRIPP layihəsi üzrə

Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyası bu gün  ABŞ ilə strateji tərəfdaşlıq haqqında çərçivə sazişini müzakirə edəcək. Sənəd TRIPP layihəsi ilə bağlı müddəaları da əhatə edir.

Monetar.az xəbər verir ki, Ermənistan mediasının yaydığı məlumata görə, komissiyada sazişin ratifikasiyası məsələsinə baxılacaq.

Müzakirədə əsas məruzəçi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan olacaq.

Sənədin oktyabrın 27-də parlamentin plenar iclasında müzakirəyə çıxarılması planlaşdırılır