Hazırda Quba–Bakı avtomobil yolunun Ekoloji Nəzarət Stasionar Postundan Sulutəpə istiqamətində olan hissəsində təmir-bərpa işləri aparılır.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bununla əlaqədar həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Yolun günün sonunadək bağlı qalacağı gözlənilir.
Sürücülərdən alternativ marşrut kimi Xocəsən dairəsindən Sulutəpə istiqamətində hərəkət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə əməl etmələri xahiş olunur.
Ərazidə hərəkətin təhlükəsizliyini təmin etmək və nəqliyyat axınını tənzimləmək məqsədilə yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.