Venesuelanın neft ixracı sentyabrda azalıb

Venesuelanın neft ixracı sentyabrda

Venesuelanın neft ixracı sentyabr ayında əvvəlki ayla müqayisədə azalıb. Bu gün yayımlanan dəniz daşımaları məlumatlarına görə, ölkənin neft ixracı avqustdakı gündəlik 1,19 milyon bareldən sentyabrda gündəlik 1,08 milyon barelə düşüb.

İxrac həcmlərinin azalması treyderlərin artan fraxt xərclərini kompensasiya etmək məqsədilə dövlət neft şirkəti PDVSA-dan qiymət güzəştləri tələb etdiyi dövrə təsadüf edib.

Məlumatlara əsasən, Venesuelanın əsas ixrac istiqamətlərindən biri olan ABŞ-a neft tədarükü artıb. Belə ki, ABŞ-a göndərilən neftin həcmi avqust ayında gündəlik 553 min barel olduğu halda, sentyabrda gündəlik 629 min barelə yüksəlib.

Hindistana neft ixracı isə sentyabr ayında gündəlik 253 min barelə qədər azalıb.

Avropaya tədarükdə də geriləmə qeydə alınıb. Təqdim olunan məlumatlara görə, Avropa istiqamətində ixrac gündəlik 86 min barelə düşüb.

Beləliklə, sentyabr ayında Venesuelanın neft ixracında ümumi azalma müşahidə olunsa da, ABŞ istiqamətində tədarükün artması diqqət çəkib.

MONETAR.AZ